Türkiyəyə gələn İran avtobusunda radioaktiv maddə aşkarlanıb – VİDEO

Türkiyə jandarm idarəsinin əməkdaşları sərhəd-keçid məntəqüəsində yoxladıqları İran sərnişin avtobusundan radioaktiv materiallar tapıblar.
Kaim.az “Anadolu” xəbər agentliyinə istinadən bildirir ki, Qorbulaq sərhədindən Türkiyəyə daxil olan avtobusu Ağrı vilayətindəki Doğubəyazıt keçid məntəqələrindən birində saxlayan jandarm əməkdaşları oradan siqaret qutularına basdırılmış 6 qram “Kalifornium” aşkar ediblər. “Kalifornium” radioaktiv kimyəvi elementi ilk dəfə 1950-ci ildə ABŞ-ın Kaliforniya universitetinin laboratoriyasında hazırlanıb. Əsasən nüvə enerjisinin alınmasında, bəzən də neft və tibbi tədqiqatlarda istifadə olunan bu element yüksək qiymətə malikdir. Habelə 378 qızıl sikkənin də aşkarlandığı avtobusun iranlı sürücüsü həbs olunub, vilayət prokurorluğu isə araşdırmalara başlayıb. Türkiyə rəsmiləri İrandan ölkəyə daxil olan avtomobillərdə narkotik və ya qaçaq malların aşkarlandığını dəfələrlə bəyan ediblər. Təxminən il yarım əvvəl Türkiyənin Ticarət naziri İrandan gəlmiş qoşqudan beş yüz kiloqrama yaxın maye metamfetaminin müsadirə edildiyini açıqlamışdı. 2016-cı ilin iyulunda isə Türkiyə mediası sözügedən sərhəd-keçid məntəqəsində bir tonluq bombaya bağlı yeraltı kabelin aşkar edildiyini və təhlükəsizlik qüvvələrinin “terror hücumunun” qarşısını ala bildiyini yazmışdı. کشف مواد #رادیو اکتیو در یک اتوبوس #ایرانی در #ترکیه https://t.co/cXsL9xO5J3 pic.twitter.com/shVeyimVTQ — Anadolu فارسی (@aa_persian) June 23, 2023
Kaim.az