GÜNDƏM
Bakı aeroportunda minik avtomobili yanıb

İyunun 23-də axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunun vağzalyanı meydanında minik avtomobilində yanğın baş verib.
Bu barədə Kaim.az -a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, yanğın sürətlə yayılmağa başlayıb və yaxındakı avtomobilə keçib. AZAL-ın tabeliyində olan Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ tədbirləri nəticəsində yanğın söndürülüb və onun daha da yaxınlıqdaki avtomobillərə keçməsinin qarşısı alınıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Kaim.az