Top.Mail.Ru
GÜNDƏM

Sumqayıt Regional Mədəniyyət İdarəsində nöqsanlar aşkarlandı

Hesablama Palatası Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət İdarəsinin dövlət vəsaitindən və digər dövlət əmlakından istifadəsinin auditini aparıb.
Kaim.az Palataya istinadən xəbər verir ki, audit 2021-2022-ci illəri və həmin illərdə istifadə olunmuş 40741,8 min manat məbləğində vəsaiti əhatə edib. Məlum olub ki, idarə proqnozlaşdırma ilə bağlı fəaliyyəti əsaslı şəkildə təşkil etməyib və vəsaitlərin istifadəsi vəziyyətinə təsir edən amilləri tam nəzərə almayıb. Bu isə bir sıra hallarda proqnoz göstəricilərinin əsaslandırılmadan artımlarla müəyyən olunması, xərclər smetasında xərc maddələri üzrə icra prosesində dürüstləşmələr aparılsa da, vəsaitin bir hissəsinin ilin sonunda istifadə olunmayaraq dövlət büdcəsinə geri qaytarılması, eyni zamanda, cəmi xərclərin icra səviyyəsinin yüksək olması fonunda təsiredici amilləri tam nəzərə almaq mümkün olan əməyin ödənişi ilə bağlı xərclər istifadə edilməmiş vəsaitin cəmi məbləğində böyük paya malik olub. Belə ki, auditin əhatə etdiyi illərdə cəmi qaytarılmış məbləğin müvafiq olaraq 51,4%-ni və 36,8%-ni əməyin ödənişi ilə bağlı xərclər təşkil edib. Eləcə də bəzi xərc maddələri üzrə 2021-ci ildə icra səviyyəsinin aşağı olması nəzərə alınmadan 2022-ci il üçün proqnozların artımla tərtib edilməsi səbəbindən icra səviyyəsi aşağı olub, bir neçə xərc istiqaməti üzrə vəsait icra edilməyib, bir sıra xərclərdə icra səviyyəsi 80,0%-dən az, bir sıra xərc istiqamətlərində isə daha aşağı olub. İlkin xərclər smetası təsdiq edilən zaman büdcə vəsaitinə olan ehtiyacın düzgün müəyyənləşdirilməməsi nəticəsində ilkin dürüstləşmə zamanı artırılmış xərclər bəzi hallarda sonrakı dürüstləşmələr zamanı azaldılıb, bəzi hallarda tələbat olmadığı halda dürüstləşmə aparılaraq xərc maddələri artırılsa da, artırılmış vəsaitlər istifadə olunmamış, icra ilkin təyinatdan da aşağı olub. Kaim.az

Bənzər yazılar