Top.Mail.Ru
GÜNDƏM

Putin Rusiyanı tərk edib? – Açıqlama

Rusiya prezidenti Vladimir Putin hazırda Kremldə işləyir.
Kaim.az xəbər verir ki, bu barədə “RİA Novosti” prezidentin mətbuat katibi Dmitri Peskova istinadən məlumat yayıb. Qeyd edək ki, Putinin təyyarəsinin Moskvanı tərk etməsi barədə xəbər yayılıb.İyunun 24-də “Vaqner” PMC-nin qüvvələri şirkətin yaradıcısı Yevgeni Priqojinin bəyanatlarından sonra Rostov-na-Dona daxil olub. Rusiya prezidenti Vladimir Putin ruslara müraciətində bunu üsyan adlandırıb və baş verənləri “arxadan bıçaq zərbəsi” , eləcə də cəmiyyəti parçalamaq cəhdi adlandırıb. Putin əlavə edib ki, “xəyanət yoluna qəsdən qədəm qoyan hər kəs qaçılmaz cəzaya məruz qalacaq”. Kaim.az

Bənzər yazılar