Top.Mail.Ru

GÜNDƏM

ŞOK BƏYANAT! ABŞ-ın bu ştatında 26 fevral Xocalıya ithafən “Azərbaycan günü” ELAN EDİLDİ-FOTO

ABŞ-ın Minnesota ştatının qubernatoru  fevralın 26-nı Azərbaycan günü elan edib

KAİM.az xəbər verir ki, Minnesota ştatının qubernatoru Tim Volz  fevralın 26-nın Azərbaycan günü elan edilməsi ilə bağlı bəyanat imzalayıb. Belə bir bəyanatın imzalanması Minnesota Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallisin təşəbbüsü olub.

Bəyanatda qeyd olunub ki, Minnesotada yaşayan azərbaycanlılar ana dilini, zəngin milli-mədəni dəyərlərini,  ənənələrini qoruyub-saxlamaqla, həmçinin təbliğ etməklə yerli mədəniyyətə  töhfə verməkdədirlər.

Loading...
Yazının davamı reklamdan sonra

Bəyanat ölkəmizlə bağlı həqiqətlərin təbliğində Minnesotada yaşayan azərbaycanlıların uğuru kimi dəyərləndirilə bilər.

Qeyd edək ki, 2016-cı ildə ABŞ-ın Minnesota ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar qətnamə qəbul edib.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button