Top.Mail.Ru

GÜNDƏM

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

KAİM.az AZƏRTAC -a istinadən xəbər verir ki, dövlətimizin başçısı xain terror aktı nəticəsində Türkiyə vətəndaşları olan 13 günahsız mülki şəxsin qəddarcasına qətlə yetirilməsi xəbərinin bizi olduqca sarsıtdığını bildirib.

“Biz dinc insanlara qarşı yönəlmiş bu dəhşətli terror əməlindən hədsiz dərəcədə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik”, – deyə dövlətimizin başçısı qeyd edib.

Loading...
Yazının davamı reklamdan sonra

Prezident İlham Əliyev bu faciə ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana, qətlə yetirilənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button