Top.Mail.Ru
GÜNDƏM

Azərbaycanla Rusiya arasında uçuşlar bu tarixdən BƏRPA EDİLİR

Rusiya bazar ertəsindən etibarən rəsmi olaraq Azərbaycanla müntəzəm aviareysləri bərpa edir.

KAİM.az xəbər verir ki, müvafiq qərar 3 fevral tarixində Rusiya hökuməti tərəfindən elan edilib.

Hər iki ölkənin aviaşirkətləri Moskva-Bakı marşrutu ilə həftədə iki uçuş həyata keçirə biləcəklər. Rusiyanın “Aeroflot” aviaşirkəti ötən həftə bildirib ki, fevralın 17-dən etibarən Bakıdan həftədə iki uçuş həyata keçirməyi planlaşdırır.

Qeyd edək ki, pandemiya səbəbindən ölkələr arasında aviauçuşlar keçən ilin martından dayandırılıb./apa.az

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button