Top.Mail.Ru
GÜNDƏM

SON DƏQİQƏ: Hulusi Akardan Yardımlıya MƏKTUB-Şəhid ailəsi Türkiyəyə DƏVƏT EDİLDİ

44 günlük Qarabağ müharibəsi dünya siyasətçilərinin gündəm məsələsinə elə çevrilib ki, 44 il sonra da bu hadisənin müzakirə olunacağı istisna edilmir. Əsasən Türkiyə vətəndaşları və rəsmilərinin dərin səmimiyyətlə maraqlandığı prosesdə yeni maraqlı gəlişmə baş verib.

KAİM.az xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar Vətən müharibəsinin şəhidi baş leytenant Valeh Məmiyevin ailəsinə məktub göndərib.

Məktubu polkovnik Abdulla Qurbani Yardımlının Kürəkçi kəndində yaşayan ailəyə çatdırıb.

“Şanlı Azərbaycan Ordusunun işğal altındakı ərazilərin azad olunmasının 44 günlük dastanvari mübarizəsində ağır yaralanan baş leytenant Valeh Məmiyevin şəhid olması bizi dərindən kədərləndirib. Baş leytenant Valeh Vətən torpağını işğaldan azad edəcəyi ilə bağlı verdiyi sözü tutub, Qubadlı rayonunun yaşayış məntəqələrinin azad olunmasından sonra şəhidlik zirvəsinə yüksəlib. Şəhid və qazilərimizin cəsarət, qəhrəmanlıq və fədakarlıqları əsla unudulmayacaq”,- deyə nazir məktubda qeyd edib.

Türkiyənin bütün imkanları ilə sonunadək Azərbaycanın yanında olacağını bildirən H.Akar V.Məmiyevin ailəsini Türkiyəyə dəvət edib.

Valeh Məmiyevin qardaşı Vüsal Məmiyev məktub üçün H.Akara təşəkkürünü bildirib və son damla qanınadək döyüşərək sözünü tutan böyük qardaşı ilə qürur duyduğunu vurğulayıb. Məmiyevlər ailəsi də Hulusi Akara cavab məktubu yazıb.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button