Top.Mail.Ru
GÜNDƏM

Ankarada Xocalı soyqırımı ilə bağlı rəsmi tədbir keçiriləcək – FOTO

Xocalı soyqırımından 29 il keçir. Bu çərçivədə Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfi, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ortaq bir panel təşkil ediləcək.

KAİM.az xəbər verir ki, toplantıda Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın, xarici işlər nazirinin müavini Səlim Kiran, Azərbaycanın Türkiyə Respublikasındakı səfiri Xəzər İbrahim və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev iştirak edəcəklər.

Panelin moderatoru Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət İdarəsinin üzvü və TADİV başqanı Prof. Dr. Aygün Attar olacaq.

24 fevral 16:00-da Ankarada TADİV konfrans salonunda keçiriləcək panelin adı “29-cu ilində Xocalı soyqırımının düşündürdükləri”dir.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button