Top.Mail.Ru
GÜNDƏM

NATO “Poseidon 21” hərbi təlimlərinə başladı

Şimali Atlantika Alyansının ən azı 13 döyüş gəmisi Rusiya sərhədlərindən 200-250 kilometr aralıda “Poseidon 21″ hərbi təlimlərinə başlayıb.

KAİM.az xəbər verir ki, dünən Ruminiyanın Konstanta limanında açılış mərasimi ilə başlayan təlimlərdə 700-dən çox hərbçi, NATO-nun kəşfiyyat uçuş aparatları da daxil olmaqla 9 hərbi təyyarə və 13 hərbi gəmi iştirak edir.

6 Mart 2021 tarixinə qədər davam edəcək hərbi təlimlərə Rumıniya, Bolqarıstan (məlumata görə, son anda iştirakdan imtna edib), Yunanıstan, Türkiyə, İspaniya, Fransa və ABŞ Donanması qatılıb. Təlimin əsas məqsədi sualtı və hava hücumundan müdafiə, hidroqrafik kəşfiyyat, dəniz mina və əl istehsalı partlayıcı qurğuların aşkarlanması və məhv edilməsidir. NATO qüvvələri Rusiyanın tam burnunun qarşısında düşmən təyyarələrinin, yerüstü gəmilərinin və sualtı qayıqlarının hücumunu dəf etmək bacarıqlarını nümayiş etdirirlər. Müttəfiq donanması zədələnmiş gəmilərin çəkilməsi, dənizdə yanacaq doldurma və ilkin tibbi yardım tapşırıqları üzərində də işləyəcəklər.

NATO-nun rəsmi açıqlamasına görə, təlimlərin digər məqsədi “regional təhlükəsizlik mühitində davam edən dəyişikliklərin baş verdiyi bir şəraitdə tez reaksiya vermək qabiliyyətini möhkəmləndirmək üçün Alyansın gücündən optimal şəkildə faydalanmaq“dir.

Təlimlərin keçirildiyi əsas məkan Krım yarımadasının yanı olsa da, Ukrayna Hərbi Dəniz Qüvvələrinin tədbirdə iştirak edib-etmədiyi açıqlanmayıb. Amma bir müddət əvvəl NATO, minatəmizləyən gəmilərin Ukraynanın Odessa limanını ziyarət edəcəyini bildirmişdi. Bu isə təlimlərdə Ukraynanın da yer aldığını göstərir. NATO-nun baş katibi Yens Stoltenberqın bəyanları da təlimlərə Ukraynanın iştirak etməsi ehtimalını gücləndirir. Baş katib bildirmişdi ki, “Alyans Rusiyanın Krımı qeyri-leqal ilhaqından sonra hərəkətlərinə cavab olaraq Qara dənizdə iştirakını gücləndirib”.

Qeyd edək ki, Rusiya bu təlimlərə xeyli ehtiyatla yanaşır. Rusiyalı ekspertlər Qara dənizdə keçirilən “Poseidon 21″hərbi təlimlərini təxribat xarakterli olduğuna inanırlar. Çünki təlimlər “Krım sahillərinin yaxınlığında kəşfiyyat və qırıcı aviasiyanın uçuşları ilə müşayiət olunur”.

Maraqlıdır ki, hərbi manevrlərdə əsasən Fransa və İspaniyaya aid təyyarələrdən istifadə olunur. Halbuki Fransa prezidenti Makron NATO-nun “beyin ölümü” keçirdiyini və Avropanın özünə gün ağlamaq üçün öz alyansını qurmağı təklif edirdi.

KAİM.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button