Top.Mail.Ru
GÜNDƏM

ABŞ-ın Boston şəhərində Xocalı soyqırımı ilə bağlı “səssiz” aksiya keçirilib-FOTO

“Nyu England” Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə ABŞ-ın Massaçusets ştatının Boston şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “səssiz” aksiya keçirilib.

KAİM.az xəbər verir ki, Harvard meydanında baş tutan etiraz aksiyasında Azərbaycan icmalarının Boston şəhərində və ətraf ərazilərdə yaşayan üzvləri iştirak ediblər. Aksiya iştirakçılarının əllərindəki plakatlarda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün, Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotofaktlar və məlumatlar nümayiş olunub.

Plakatlardakı şəkillər “Xocalıya ədalət!”, “Səssiz qalma!” şüarları, “Xocalı soyqırımı Ermənistan tərəfindən törədilib”, “Təxirə salınmış ədalət məhkəməsi ədalətdən imtina deməkdir” başlıqları ilə təqdim olunub.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button