Top.Mail.Ru
GÜNDƏM

Bakıda evləri Qış parkının ərazisinə düşən şəxslər 2,5 milyon TƏLƏB EDİR

Bakının mərkəzində yerləşən Qış parkının ərazisinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

KAİM.az xəbər verir ki, hazırda parkın yuxarı hissəsində, yəni Yasamal rayonu Nəriman Nərimanov prospektinin şimalı istiqamətində genişləndirilmə layihəsi icra edilir. Artıq ərazidəki ev və digər obyektlərin böyük əksəriyyəti sökülüb. Lakin prospektin kənarında, orta məktəbin yaxınlığında yerləşən 2 mərtəbəli mülkün sahibləri isə onlara təklif edilən kompensasiya ilə razılaşmayıblar.

Mülkün sahibi olan 2 ailə söküntü qarşılığında təxminən 2,5 milyon manat ödənilməsini tələb ediblər. Bu səbəbdən də tərəflər arasında fikir ayrılığı yaranıb və həmin bina toxunulmadan saxlanılıb.

Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin şəxslər ərazi üzrə real əmlak qiymətlərindən kəskin artıq kompensasiya tələb edir. / publika.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button