
Gəncədə Şəhidlər xiyabanında dəfn olunmuş şəhidlərimizin qəbirləri üzərindən gül çələngləri və bayraqlar sökülərək məişət tullantıları qutularına atılıb.
KAİM.az-ın xəbərinə görə, şəhid anası Rasimə Arazova bildirir ki, qəbirstanlığa gələndə məzarın üzərində gül və bayrağın olmadığını görüb:
“Hər şey zibil qutusunda idi. Burda yatanların hamısı bizə görə vuruşub”.
Loading...
Yazının davamı reklamdan sonra
Məsələ barəsində Gəncə şəhəri Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov Baku TV-yə bildirib ki, şəhidlərin məzarları üstündəki əklillərin yığışdırılmasının səbəbi onları yenisi ilə əvəzləməkdir:
“Məqsəd məzarların üstünü yeni güllərlə bəzəməkdir. Çünki Novruz Bayramı ilə bağlı Şəhidlər xiyabanına ziyarətə gələnlər olacaq”