Top.Mail.Ru
GÜNDƏM

ŞAD XƏBƏR: Azərbaycanda YENİ QOŞUN NÖVÜ yaradılır-Türk general AÇIQLADI

“Azərbaycanın Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri var, amma Quru Qoşunları yoxdur. Quru Qoşunları birbaşa Müdafiə Nazirliyinə bağlıdır”.

KAİM.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Türkiyənin general-mayoru Osman Qazi Kandemir deyib.

Türkiyəli general bildirib ki, bundan sonra Azərbaycanla Türkiyə arasında ordu quruculuğu istiqamətindəki iş birliyi daha da artacaq:

Çox böyük dəyişiklik olmayacaq. Onsuz da Türkiyə SQ-si ilə Azərbaycan SQ-si 1993-cü ildən bəri birlikdə çalışırlar. Bir çox türk zabiti gəldi Azərbaycanda təhsil verdi. Azərbaycanlı zabitlər gedib Türkiyədə təhsil aldırlar. Ona görə də iki ordu bir-birini yaxından tanıyır. Bunun üçün də Türkiyə SQ-nin sisteminə keçidin bir narahatlığı olmayacaq.

“Tələbəm Qarabağda şəhid oldu”

Digər yandan iki ölkə hərbiçilərinin iştirakı ilə keçirilən təlimlər onsuz da həmişə olub. Mənim indi də azərbaycanlı tələbələrim var. Keçən il məzunumuz olan bir azərbaycanlı tələbəmiz Qarabağ Müharibəsində şəhid oldu. Yəni bu, bizim üçün yeni bir şey deyil. Amma bundan sonra bu istiqamətdəki iş birliyimiz, fəaliyyətimiz daha da artacaq. İki ordunun birlikdə edəcəyi işlər daha da çoxalacaq. Bu da türk dünyasının bir-birinə yaxınlaşmasını təmin edəcək. İnşallah daha gözəl günlər görəcəyik”.

Xatırladaq ki, fevralın 26-da Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün təşkil edilən mətbuat konfransında “Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Artıq bu sahədə əməli-praktiki işlərə start verilib” açıqlamasını etmişdi.

KAİM.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button