FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi – FOTO/VİDEO

Bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində, xüsusilə də Abşeron yarımadasında güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb.
KAİM.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla bağlı, paytaxt Bakı şəhərində müxtəlif ünvanlarda küclü külək səbəbindən insan həyatı və sağlamlığı üçün yaranmış təhlükəli hallarla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin müvafiq qəza-xilasetmə qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülüb.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edir.
Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded