Top.Mail.Ru
GÜNDƏM

Həyat yoldaşı ilə Qarabağda vuruşan Maral əsirlikdən azad EDİLDİ-FOTO

Dağlıq Qarabağda döyüşlərə qatılan erməni əsilli Livan vətəndaşı Maral Nacaryan əsirlikdən azad edilib.

KAİM.az xəbər verir ki, bu barədə erməni deputat Naira Zöhrabyan “Facebook” hesabında yazıb.

O qeyd edib ki, M.Nacaryan indilərdə Beyrutdakı evinə çatıb.

“Mediaport” telegram kanalı isə erməni qadının geri qaytarılmasında Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matvienkonun səylərini vurğulayıb.

Qeyd edək ki, Livan vətəndaşı olan snayper Maral Nacaryan müharibə dövründə Azərbaycana qarşı vuruşmaq üçün həyat yoldaşı ilə birlikdə Qarabağa gəlib. Onun sonuncu dəfə Şuşa döyüşlərində iştirak etdiyi, daha sonra əsir düşdüyü bildirilir. /Azvision.az

KAİNAT TV-NİN NOVRUZ ŞƏNLİYİ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button