Top.Mail.Ru
GÜNDƏM

Bu il əfvə düşənlərin sayı ilə bağlı AÇIQLAMA – VİDEO

Müxtəlif xarakterli cinayətlərə görə məhkum edilmiş şəxslər barəsində onların nümayəndələri, özləri, ombudsman və millət vəkilləri tərəfindən bir çox vəsatətlər qaldırılıb.

KAİM.az xəbər verir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişinə müsahibəsində Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Komissiyanın 8 iclasında 800-dən çox müraciətə baxıldığını bildirən Əliməmməd Nuriyev bundan sonra da bir neçə iclasın keçiriləcəyini qeyd edib:

“İclaslarda iqtisadi, idarəçilik əleyhinə olan cinayətlərlə yanaşı bir çox müxtəlif cinayətlərlə bağlı məsələlərə baxılır. Nə qədər insanın əfv sərəncamına düşəcəyini isə əvvəlcədən demək çətindir.

Bu, Prezidentin səlahiyyətində olan məsələdir. Lakin ötən illərin təcrübəsini nəzərə alsaq görərik ki, 2018-ci ildə Cümhuriyyətin 100 illiyi ilə bağlı 634 məhkum əfv edildi. 2019-cu ildə isə 431 məhkum azad edildi. Ola bilər ki, Vətən müharibəsində əldə etdiyimiz qələbə münasibətilə sərəncamda bu dəfə də xeyli sayda insanın əfv edilməsi mümkün olsun”.

Ə.Nuriyev amnistiya aktının qəbul edilməsinin isə Milli Məclisin səlahiyyətinə aid olduğunu bildirərək, qələbə münasibətilə bu barədə qərar qəbul edilməsinin tərəfdarı olduğunu qeyd edib.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button