Top.Mail.Ru
GÜNDƏM

Xankəndidə ABSURD TAMAŞA – Rus əsgərinə “yeznə” deyən ERMƏNİLƏR…

KAİM.az

…Avtobusumuz Xankəndinin əsas girişində “xıp” eləyib dayandı. Avtobusda qarşı cərgədə oturmuş çəlimsiz rus əsgəri əlində avtomat tez yerə düşdü. Adam dolu avtobusda qalmağın mənası yox idi, baxmayaraq ki, rus əsgəri aşağı düşməyin təhlükəli olduğuna xəbərdarlıq etmişdi. Beş dəqiqənin içində saqqallı ermənilər avtobusdan bir az aralıda toplaşmağa başladılar.

Sürücü avtobusun mühərrik hissəsini açıb donquldanırdı. Yerə düşüb hərəmiz bir siqaret yandırdıq. Ermənilər getdikcə daha da çoxalırdılar. Rus əsgəri avtomatlı olsa da, bizi burada təkbaşına qoruya bilməzdi. Biz də panikaya düşməməyə çalışırdıq, fəqət gərginlik pik həddə idi. Rus əsgəri ermənilərin çoxaldığını görüb ratsiya ilə əlaqə saxlamağa çalışdı, amma məlum oldu ki, ratsiyası işləmir…

Xoşbəxtlikdən avtobus tez düzəldi, yolboyu xarab avtobusla yola çıxan acgöz sürücü ilə bərabər, guya bizi “qoruyan” rus əsgərinin də qarasınca danışdıq. Böyük təhlükədən şansımızla qurtulduq…

Hadisə 1989-cu ildə Ağdam-Şuşa avtobusunda olub, amma yaddaşımda hələ də qalıb- üstəlik, rus əsgəri bu dəfə sülhməramlılar adı altında Qarabağda faktiki eyni missiyanı həyata keçirdiyindən mövzu indi də aktualdır.

O vaxt sovet ordusunun Qarabağda hansı missiya yerinə yetirdiyi aşağı-yuxarı məlum idi: yenə ermənini qoruyurdular, bir də Ağdam-Şuşa yolu işlədiyi zaman guya azərbaycanlıların təhlükəsizliyini təmin edirdilər, amma ermənilər avtobusa güllə də atırdılar, ən yaxşı halda daş… O səbəbdən rus çəkildi, bu yol da müharibə başlamamış birdəfəlik bağlandı.

Bizdən fərqli olaraq rus əsgərləri ermənilərlə o zaman da asan dil tapmışdılar. Ermənilər indiki kimi yenə “girənlik” edirdilər, ordunu öz tərəflərinə çəkməyə çalışırdılar, axşamlar zabitlərin cavan axçilərlə kef çəkməklərini də təşkil edirdilər. Çətin ki, indi də nəsə dəyişə. Çünki rus qoşunu da həmin qoşundur, erməni də həmin erməni…

Qafqazda rus dilində ermənilər qədər bərbad, eybəcər aksentlə danışan ikinci millət yoxdur, amma torpaqlarımızda məskunlaşmış bu bir ovuc düşmən rus dilini ikinci “dövlət dili” elan etmək kimi sərsəm “qərar” verib. Bu, hər şeydən öncə yaltaqlığın və həyasızlığın nümunəsidir.

Bunlar Qarabağda müharibənin qızğın vaxtı Rusiyaya nifrətlərini gizlətmirdilər, “satqın, xain” deyirdilər ki, bəs gəlib, Azərbaycan əsgərinin qarşısını kəsmir. Hələ müharibədən əvvəl İrəvanda rus məktəblərini, Rusiya televiziyalarını bağlayanlar bunlar deyilmiş sanki… İndi nə oldu, rus əsgəri ana-bacılarına müştəri çıxan kimi, onlarda da rus dilinə, “rus yeznələrinə” məhəbbət yarandı? Tarix bu cür ikiüzlü, şəxsiyyətsiz millət yetişdirməyib. Rus əsgəri Qarabağda varsa, ermənilər hətta öz məhrəm qapılarını onların üzünə açacaqlar, çünki tarixən belədirlər. 1900-cu ildə də, 1990-cı ildə də belə olublar, 2021-də də… Bu bir milli natamamlıq, xaraktersizlik məsələsidir, yəni fərdi qeyrət-namus söhbəti deyil. Fikirləşirlər ki, Rusiyadan, rus əsgərindən nə almaq istəyirlərsə, onu əldə etmək üçün bütün vasitələr keçərlidir. Qarabağa rus əsgəri gələn kimi birinci qarşılarına qadınlarını çıxardılar. İndi rus əsgərini yeznələri kimi görürlər və o səbəbdən dillərinə “önəm” verirlər.

Bunun əlbəttə, siyasi səbəbləri də var. Ruslarla ən azı 5 il iç-içə yaşamalı olacaqlar. Rusiya sülhməramlıları bəzi yollarda bizim təhlükəsizliyimizə cavabdehdirlər, amma onların gecə yatanda evlərinə. Bizi öz əsgərimiz qoruyur, onları isə Rusiya əsgəri. O səbəbdən ruslara saxta məhəbbətlərini hələ çox göstərəcəklər, buna təəccüblənnməmək lazım.

“Qərar”ın izahında deyilir ki, bu, “Rusiya sülhməramlılarının uzunmüddətli varlığından və çoxsaylı sosial və ünsiyyət problemlərinin birgə həll edilməsinin zəruriliyindən” irəli gəlir.

Səbəb nə olsa belə, ermənilərin Xankəndində verdikləri “qərarın” heç bir hüquqi qüvvəsi yoxdur. Müharibəyə qədər nə qədər belə qondarma qərarlar vermişdilər, “parlamenti” Şuşaya köçürmək istəyirdilər, hətta binanın tikintisinə də başlamışdılar. Azərbaycan ordusu onların bütün arzularını elə o bina kimi başlarını uçurdu, indi də öz ağıllarınca yenidən baş qaldırmaq istəyirlər. Özləri kimi qondarma qurumlarla, ermənipərəst şəhərlərlə “qardaşlaşmışdılar”, o gorbagor “qərarları” indi xatırlayan, yada salan varmı?

Ermənilərin atəşkəs razılaşması qüvvəyə mindikdən bəri yenidən Azərbaycan qanunlarına zidd fəaliyyət göstərirlər, şübhəsiz bu məsələdə Rusiya sülhməramlılarının da ciddi məsuliyyət payı var. Amma ruslar guya bilmirlər ki, bu boş və mənasız bir işdir.

Əvvəla, ikinci dili o halda qanuni və aktual ola bilər ki, həmin dövlətin, ərazisində sayca ikinci millət üstünlük təşkil etsin. Qarabağda nə qədər rus olan Azərbaycan vətəndaşı var ki? Varsa belə, onlara hansısa dil statusunu ancaq Azərbaycan verə bilər.

Araik Arutyunyan bu gün gedib İrəvanda Ermənistanın xarici işlər naziri ilə görüşüb. Azərbaycanın etirazlarından sonra Ayvazyan daha Qarabağa əvvəlki kimi gələ bilmir axı… Ermənistan dünyanı ciddi cəhdlə Qarabağda “erməni problemi” qaldığı yalanına inandırmağa çalışır, Minsk Qrupu missiyasını yenidən diriltməyə çalışırlar.

Absurd bir teatrdır-ermənilərin hələ də ağıllarının başına gəlmədiyini, hələ də oyunbazlıq etdiklərinin sadəcə, bir sübutudur. Amma aşkar separatçılıqdır həm də, Ermənistanın üzərinə götürdüyü öhdəliyin pozulmasıdır. Rusiyanın da bu məsələlərdə diqqətli olması lazım. Əgər yeni münaqişədə üçüncü tərəf olmaq istəmirlərsə, həm də…

Nazim SABİROĞLU / musavat.com

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button