Top.Mail.Ru
GÜNDƏM

TƏƏSSÜF: Azərbaycanda tezliklə yeni QADAĞALAR OLACAQ – AÇIQLANDI

Məktəblərin bağlanması infeksiyanın yayılmasının qarşısının alınması yollarından biridir. Əsas məqsəd odur ki, insanlar bir-biri ilə az təmasda olsunlar.

KAİM.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, koronavirusun yeni ştammına artıq uşaqlar da yoluxur: “Uşaqlar daşıyıcı olmaqla evdəki insanları da yoluxdura bilirlər.

Bu mənada, məktəblərin distant tədrisə keçidi virusun yayılmasının qarşısını almaq üçün atılan addımlardan biridir.

Təbii ki, Operativ Qərargah hər şeyin monitorinqini aparır və yaxın günlərdə virusa yoluxmalarda artım davam etsə, başqa məhdudlaşdırıcı tədbirlərin görülməsi zərurəti də ortaya çıxacaq.

Bir daha vətəndaşlarımızı tam məsuliyyətli olmağa, karatin qaydalarına ciddi əməl etməyə çağırıram. Eyni zamanda, vaksinasiyanın aktivləşdirilməsinə ehtiyac var və insanlar da bu prosesdə aktivlik göstərməlidir”. / oxu24.com

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button