Top.Mail.Ru
GÜNDƏM

Neft fondunun AÇQ və Şahdənizdən əldə etdiyi gəlir MƏLUM OLDU – KƏSKİN AZALIB

Azərbaycan Respublikası Dövlət Neft Fondu 2021-ci ilin yanvar-mart ayları ərzində Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqları üzrə ümumi 982,7 milyon ABŞ dollarına yaxın gəlir əldə edib.

KAİM.az Dövlət Neft Fondundan Oxu.Az-a verilən məlumata əsasən xəbər verir ki, Azəri-Çıraq-Günəşli yatağından 953,5 milyon dollar həcmində gəlir əldə edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 1,7 dəfəyə qədər azdır.

Həmçinin, yanvar-mart ayları ərzində Şahdəniz qaz və kondensat yatağından əldə edilən gəlirin ümumi həcmi 29,2 milyon ABŞ dolları olub və ötən ilin yanvar-mart ayı ilə müqayisədə 5,1 dəfə azalıb.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button