Top.Mail.Ru
GÜNDƏM

ŞAD XƏBƏR: Türkiyədə Polad Həşimovun adını daşıyan park AÇILACAQ

Türkiyənin İzmit şəhərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adını daşıyan park açılacaq.

KAİM.az xəbər verir ki, bu barədə demokrat.az-a Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) sədri Bilal Dündar məlumat verib.

Bilal Dündar bildirib ki, sözügedən parkda şəhid Polad Həşimovun abidəsi də ucaldılacaq.

Onun sözlərinə görə, sözügedən parkın açılması ilə bağlı Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası olaraq İzmit bələdiyyəsinin sədri Fatma Kaplan Hürriyetlə aparılan danışıqlar zamanı razılıq əldə olunub.

Bilal Dündar yaxın vaxtlarda sözügedən parkın açılış mərasiminin keçiriləcəyini söyləyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu
Close
Back to top button