Top.Mail.Ru
GÜNDƏM

DİQQƏT! Nazir ənənəvi təhsilə keçidin tarixini AÇIQLADI

Ən qısa müddət ərzində ölkə üzrə ənənəvi təhsilin yenidən bərpa olunmasına nail olmaq istəyirik.

KAİM.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, qısamüddətli dövr üçün təhsilin distant formaya keçirilməsi sağlamlığımız və təhsilin keyfiyyəti üçün ən düzgün qərar idi:

“Yaxın zamanda biz də ənənəvi təhsil sisteminə keçməyin tərəfdarıyıq, lakin sonda prioritet olan məsələ yenə də insanların sağlamlığıdır. Ortamüddətli perspektiv üçün isə biz tamamilə ənənəvi qaydada təhsil prosesinə qayıtmağı hədəfləyirik. Bu isə növbəti təhsil ilinin başlaması ilə artıq mümkün ola bilər”.

Nazir qeyd edib ki, 2021-2022-ci tədris ilində tamamilə ənənəvi təhsilə keçid etməyi ümid edirik və cəmiyyət bu məsələdə yalnız vaksinasiyadan keçməklə təhsildə normallaşmaya dəstək ola bilər.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button