Top.Mail.Ru
GÜNDƏM

ŞOK İDDİA: “Əli Həsənov nəhəng bir quruma ət və kolbasa işinə baxan kirvəsini RƏHBƏR QOYDU”

“Deyirlər, Əli Həsənov mətbuatı məhv etdi. Tamamilə doğrudur”.

KAİM.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Etibar Əliyev deyib.

E.Əliyev bildirib ki, bunun əyani sübutu qəzet köşklərini seyr etməkdir: “Qəzet və jurnal maarifçilik, ideologiya və təşviqat işlərinin əsas alətidir. Qəzet həm də arxivivdir. Sayt-filan arxiv ola bilməz. Bəs kitab mağazalarını kim yerlə-yeksan etdi? Əli Həsənov “AzərKitab” deyilən nəhəng və işlək bir quruma ət və kolbasa işinə baxan kirvəsini rəhbər qoydu. Onlar məqsədlərinə çatdılar. Ət və kolbasa əmtəəşünası bir neçə ildən sonra “AzərKitab”ın ləğvinə nail ola bildi. Bu qurumun 127 kitab mağazası kitab tarixindən silindi. “Kitab evi”, “Kitab passajı”, “Akademkitab” kafelərə və paltar mağazalarına çevrildi.

Kitab satılan yerlərin, demək olar ki, əksəriyyəti icarəyə verilən yerlərdir. Görürsünüzmü, bir adam ölkəyə nə böyüklükdə zərbə vura bilərmiş. Elə bir situasiya yaranıb ki, indi bunları bərpa etmək də mümkün deyil. Bir stəkan suya qara rəngli məhluldan bir damcı qatmaq çox asandır. Ancaq həmin damcının rəngini təmizləmək, demək olar ki, mümkün deyil”. / pravda.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button