Top.Mail.Ru
GÜNDƏM

Nazirlik millət vəkilinin oğlunu məhkəməyə verdi – FOTOFAKT

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi “Relax” İstirahət Mərkəzinə qarşı məhkəmə iddiası qaldırıb.

KAİM.az xəbər verir ki, məhkəmə baxışı 4 gün əvvəl – 08.04.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Rafiq İsmayılovun sədrliyi ilə keçirilib və növbəti iclas 05.05.2021-ci il saat 16:30-a təyin olunub.

Məhkəmə iddiasının torpaq sahəsinin boşaldılması ilə əlaqəli olduğu bildirilir.

Məlumat üçün bildirək ki, “Relax” istirahət mərkəzinə 78 saylı Lerik seçki dairəsindən deputat seçilən İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı rəhbərlik edir. 2019-cu ilin avqust ayında Lerik rayonunda fəaliyyət göstərən “Relax” istirahət mərkəzində vergi yoxlamasına gələn Vergilər Nazirliyinin işçiləri “Relax”ın işçiləri tərəfindən döyülüb. Bundan sonra aralarında millət vəkilinin oğlu Mirhəmid Nərimanlının da olduğu bir-neçə şəxs həbs olunub və ötən ilin yanvar ayında həbsdən azad olunub.

Onu da bildirək ki, son zamanlar millət vəkili İqabal Məmmədov və onun ailə üzvlərinə qarşı daha bir məhkəmə iddiası “Paşa Holdinq”ə məxsus olan “Kapital Bank” ASC tərəfindən qaldırılıb. Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatında olan işin borc müqaviləsi üzrə mübahisəyə görə qaldırıldığı bildirilir.

1996-cı ildə İqbal Məmmədov tərəfindən təsis olunan “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Birgə Müəssisəsinin dövlət büdcəsinə də böyük həcmdə – 9 milyon 262 min 108 manat vergi borcu var. /yeniavaz.com/

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button