Top.Mail.Ru
GÜNDƏM

Mübariz İbrahimovun adı Türkiyədə əbədiləşdirildi – FOTO

Türkiyənin Denizli şəhərinin Çameli rayonunda, Atatürk Məktəbində qurulan və Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verilən texniki kodlama və robotlaşdırma üzrə emalatxananın açılışı olub.

KAİM.az xəbər verir ki, açılışda Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Dünya Azərbaycanlıları Konqresinin başçısı Asif Qurban, Çameli icra başçısı Kerem Yenigün, bələdiyyə sədri Cingiz Arslan və başqaları iştirak edib.

“Başda proqramlaşdırma olmaqla, tələbələrimizin gələcəkdə yeni PUA, SİHA, S 500 hazırlamaları məqsədi ilə bu sinfi yaratdıq. Eyni zamanda, bu emalatxanaya azərbaycanlı şəhidimizin adını qoymaqla övladlarımızın soydaşlıq şüurunu gücləndirməyi hədəfləmişik”, – deyə mərasimdə çıxış edən Kerem Yenigün bildirib.

Çameli Bələdiyyə başçısı Cingiz Arslan Azərbaycan-Türkiyə qardaşlığını gücləndirmək üçün Azərbaycanda bir bələdiyyə ilə əlaqə quracaqlarını və yerli rəhbərliklər baxımından əməkdaşlıq edəcəklərini açıqlayıb.

Mərasimdə son olaraq çıxış edən Xəzər İbrahim Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan robot kodlaşdırma emalatxanasının açılmasından qürur duyduğunu vurğulayıb. / oxu.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button