Top.Mail.Ru

GÜNDƏM

Cəbrayılda yaralanan erməni FHN dəstə komandirini Azərbaycan hərbçiləri xilas etdi – FOTO

Bu gün işğaldan azad olunmuş ərazilərdə erməni hərbçilərinə məxsus cəsədlərin qalıqlarının axtarışı zamanı erməni FHN dəstə komandiri yaralanıb.

KAİM.az xəbər verir ki, erməni KİV-in yaydığı məmlumata görə, hadisə Cəbrayıl rayonunun Kənd Horadiz ərazisində baş verib. Erməni komandir sağ ayaq pəncəsindən yaralanıb və ona ilk tibbi yardımı Azərbaycan hərbçiləri göstərib. Daha sonra yaralı Xankəndi hospitalına çatdırılıb və əməliyyat olunub. Onun həyatı üçün təhlükənin olmadığı bildirilib.

Qeyd edək ki, bu, axtarış işləri zamanı baş vermiş sayca üçüncü analoji hadisədir.

Loading...
Yazının davamı reklamdan sonra

oxu.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button