Top.Mail.Ru
GÜNDƏM

Bu nazirlik rəsmi internet səhifəsini 33 min manata yenidən DİZAYN EDİR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

KAİM.az yeniavaz-a istinadən xəbər verir ki, Nazirliyin “Beynəlxalq standartlara uyğun rəsmi internet səhifəsinin “sosial.gov.az” yeni dizaynda yaradılması işlərinin satın alınması” məqsədilə keçirilən tender müsabiqəsinin qalibi “Safaroff CA” MMC (VÖEN – 1402764511) olub. Nazirlik qeyd olunan xidmət üçün qalib şirkətə 33 min manat vəsait ödəyəcək.

Məlumat üçün bildirək ki, “Safaroff CA” MMC 03.03.2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Nəsimil rayonu, M.Qasımov, ev 10, m. 29” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Xalikov Aqşin Yaşar oğludur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button