Top.Mail.Ru
GÜNDƏM

Vilayət Eyvazovdan YENİ TƏYİNATLAR – Baş inspektor vəzifədən AZAD EDİLDİ

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) Təbliğat Təşviqat üzrə baş inspektoru, polis kapitanı Elxan Əhmədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

KAİM.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Onu bu vəzifədə Qazax DYPB-nin inspektoru, polis leytenantı Babək Həsənov əvəz edib.

Vilayət Eyvazovun digər əmri ilə, Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin İnzibati Təcrübə üzrə baş inspektoru, polis kapitanı Rüstəm Namazov vəzifəsindən azad edilərək, Gəncə Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə baş inspektor təyin edilib.

Onun yerinə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu taqımının əməkdaşı, polis leytenantı Aqil Alıyev təyin olunub. / oxu.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button