Top.Mail.Ru

GÜNDƏM

Ermənilər Şəmkirin kəndini və Ağdamın Quzanlı qəsəbəsini raket atəşinə tutdu – TƏCİLİ

Birinci Qarabağ müharibəsindən bugünə qədər Rusiya müttəfiqi olan Ermənistana böyük həcmdə silah və hərbi texnika satıb. Bu barədə xarici mətbuatda da bir sıra məlumatlar yer alıb. Hazırda Qarabağda aramsız döyüşlər gedir. Gərgin günlərdə də Rusiyanın Ermənistana müxtəlif yollarla, İran vasitəsilə silah-sursat, hərbi texnika satmasına dair məlumatlar yayılıb.

Bir günə bir neçə kəndi işğaldan azad edən Azərbaycan ordusu hazırda düşmənin müqaviməti ilə üzləşib. Bunun səbəbi Rusiyanın dolayısı yollarla Ermənistan Silahlı Qüvvələrinə hərbi yardımı ola bilərmi?

Ermənistan ordusu Qarabağda hansı güclər hesabına müqavimət göstərə bilir?

Loading...
Yazının davamı reklamdan sonra

Hərbi ekspert Ramil Məmmədli Correct.az-a açıqlamasında bildirib ki, müdafiə xətti asanlıqla keçilmir, buna baxmayaraq, Azərbaycan Ordusu düşmənin əsas birləşmələrini darmadağın edib:

“Ermənistan silahlı qüvvələri 1994-cü ildə atəşkəs imzalanandan sonra hücumun qarşısının alınması üçün planlaşdırılıb, həmin ərazilərdə mühəndis-istehkam işlərini yüksək səviyyədə həyata keçirtmişdi. 26 il ərzində formalaşdırılan müdafiə xətti asanlıqla keçilmir. Azərbaycan Ordusu canlı qüvvələrinin itkisinin sayının çox olmaması üçün lazımi formada, müasir texnologiyalara əsaslanan öz hücum əməliyyatını qurur. Taktika baxımından Azərbaycan Ordusunun hərbi əməliyyatları doğru qəbul olunmalıdır. Üstünlük raket artilleriya birləşmələrinin, döyüş aviasiyalarının üzərinə düşüb. Azərbaycan Ordusu müasir PUA-lardan istifadə edərək, düşmənin dərinlikdə olan mövqeylərini darmadağın edir.

Azərbaycan Ordusu düşmənin demək olar ki, əsas qüvvələrini darmadağın edib. Azərbaycan Ordusu 5 gün ərzində düşmənin milyard dollarla hesablanacaq silah texnika parkını məhv edib. Çox doğru, əsaslı hücum əməliyyatı müasir döyüş texnologiyalarına əsaslanır. Hücum taktikası yalnız və yalnız Azərbaycan Ordusunun mərhələli şəkildə qalib gəlməsinə hesablanıb. Nəzərə almaq lazımdır ki, Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin ön xəttdə yerləşən əsas birləşmələrini darmadağın edib. Bu məqam çoxlarını düşündürür. Ordumuzun sürətli hücum əməliyyatının qarşısını alan xüsusi bir maneə artıq yoxdur. Bu proses mərhələli şəkildə həyata keçiriləcək”.

Aygün Mustafayeva

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button