Top.Mail.Ru
GÜNDƏM

DƏHŞƏT! Çinin orbitə buraxdığı raket Avropaya düşmək üzrədir

“Çin kosmik stansiyasının modulunu orbitə çatdıran CZ-5B daşıyıcı raketinin ikinci qolu Avstraliya, Yunanıstan, İsrail, İordaniya, İtaliya və ya Səudiyyə Ərəbistanı kimi ölkələrin üzərindən Yerin atmosferinə daxil ola bilər”.

KAİM.az xəbər verir ki, bu barədə ABŞ-ın Massaçusets ştatının Kembric Astrofizika Mərkəzinin əməkdaşı Conatan McDouell “Twitter” səhifəsində yazıb.

O, ABŞ Kosmik Komandanlığının məlumatlarını təhlil edərək qeyd edib ki, sözügedən raket hissəsininKosta Rika, Haiti,Sardiniya adası, İtaliya, Yunanıstan, İsrail, İordaniya, Səudiyyə Ərəbistanı, Avstraliya və Yeni Zelandiyanın atmosferinə daxil olaraq bu ölkələrin ərazisinə düşə bilər.
Qeyd edilib ki, raket daşıyıcıhissənin Yerin atmosferinə girişi, təxminən bazar günü saat 05:00-da baş verəcək.
Xatırladaq ki, daha əvvəl Çin raketi eniş mərhələsində İndoneziyanın cənubunda Timor dənizi bölgəsindən Yerin atmosferinə girəcəyi bildirilmişdi.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button