Top.Mail.Ru
bannerGÜNDƏM

Azərbaycanda 6 nazirlik və bir çox dövlət komitəsi LƏĞV EDİLİR

Azərbaycanda yaxın günlərdə idarəetmədə ciddi struktur islahatlarının aparılacağı gözlənilir.

KAİM.az xəbər verir ki, ölkədə 17 nazirlik (Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi) 11 nazirlikdə birləşdiriləcək.

Hazırda Nazirlər Kabinetinin tərkibində olan 7 komitədən (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) isə 3 komitə saxlanılacaq, digər komitələr də nazirliklərə birləşdiriləcək.

Artıq bununla bağlı nazirliklərə təlimatlar da verilib və birləşdirilmə prosesinə hazırlıq gedir. İddiaya görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səhiyyə Nazirliyi ilk birləşdirilən nazirliklərdən olacaq.

Birləşdirilmiş nazirlik Əmək və Səhiyyə Nazirliyi adlanacaq.

Bu nazirliyə isə hazırkı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev rəhbərlik edəcək. / Bakupost

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button