Top.Mail.Ru

GÜNDƏM

Azərbaycan Belarusdan 1 milyard dollarlıq silah alacaq

Azərbaycan Belarusiya hərbi sənaye kompleksinin son modellərinə xüsusi maraq göstərir.

KAİM.az xəbər verir ki, bu barədə “Telegram” kanalında məlumat yayılıb.

Məlumata görə Belarusiya Müdafiə nazirinin Azərbaycana səfəri zamanı əsas müzakirə mövzularından biri Belarusiya hərbi-sənaye kompleks məhsullarının Azərbaycana tədarükü olub.

Loading...
Yazının davamı reklamdan sonra

Məlumatda Azərbaycanın xüsusilə OTRK və MLRS raket sistemləri, hava hücumundan müdafiə sistemləri, müxtəlif növ silahlar üçün mərmilər, elektron döyüş sistemləri və müxtəlif məqsədlər üçün mühəndis avadanlıqları ilə maraqlandığı qeyd olunub.

Gələcək müqavilənin 1 milyard ABŞ dollara qədər yüksələcəyi təxmin edilir. / NOCOMMENT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button