Top.Mail.Ru
GÜNDƏM

Erməni generaldan ŞOK AÇIQLAMA: “Elə indi 50 azərbaycan əsgərini ƏSİR GÖTÜRƏ BİLƏRİK”

“Bizim də Azərbaycan əsgərlərini əsir götürmək imkanımız var. İstəsək 20-50 Azərbaycan əsgərini əsir götürərik”.

KAİM.az xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini Eduard Asryan deyib.

Onun sözlərinə görə, Ermənistan ordusu sərhəddə olan Azərbaycan əsgərini istədiyi vaxt əsir götürə bilər. «Bbiz onlardan, onlarda da bizdən əsir götürəcəklər. Bu proses sonsuza qədər davam edəcək. Lakin biz problemi diplomatik yolla aradan qaldırmağa çalışırıq. Məhz diplomatik yolla sərhədlərimizi bərpa etmək, silahdan istifadə etmədən onları öz ərazilərinə göndərməyə çalışırıq. Həmçinin belə bir variant da var ki, güc işlətməklə onları geri çəkilməyə məcbur edək. Əsir götürmək də bir metoddur, lakin bu problemi həll etmir. Əksinə, belə addımlar yekunda hərbi toqquşmaya gətirib çıxarır. Bütün bunlara baxmayaraq, bütün variantlar nəzərdən keçirilir və yekun qərar veriləcək”.

P.S. 44 günlük müharibədə də belə deyirdilər. General olmaqla deyil ki, gərək sarsaq olmayasan. / jamaz.info

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button