Top.Mail.Ru
GÜNDƏM

Ermənistanda KTMT loqosu zibil qutularına YAPIŞDIRILDI – FOTO

Erməni ikiüzlülüyü növbəti dəfə özünü büruzə verib.

KAİM.az xəbər verir ki, bir müddət əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) kömək üçün yalvaran ermənilər bu dəfə özlərinin də üzv olduqları qurumun loqosunu Irəvanda zibil qutularına yapışdırıblar. Onlar təşkilatın Azərbaycanla sərhəd münaqişəsi zamanı Ermənistanı dəstəkləməməsindən narazı olduqlarını bildirib və mövqelərini ancaq özlərinə yaraşan təhqiredici bir üsulla nümayiş etdiriblər.

Qeyd edək ki, bu, KTMT-yə qarşı Ermənistanda atılan ilk təhqiredici və alçaldıcı addım deyil. Hələ 2018-ci ildə təşkilatın baş katibi Yuri Xaçaturov İrəvanda nümayişkəranə şəkildə həbs olunmuş, sonradan girov müqabilində sərbəst buraxılmışdı. / oxu.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button