Top.Mail.Ru
GÜNDƏM

Lerik rayonu Murya kənd tam orta məktəbin oliqarx direktoru – Əhməd Əhmədov

Lerik rayonu Murya kənd Tam Orta Məktəbin direktoru Əhməd Əhmədovun laqeyd tərzdə yanaşdığı dövlət qanunları zarafata salınası məsələ deyil. Qanun çox ciddi məsələdir və “nə şah tanıyır, nə gəda…”

Biz vəzifədən sui-istifadə hallarının, qanun pozuntularının və korrupsioner məmurların izi ilə Lerik rayon Təhsil Şöbəsinə qədər gedib çıxmışıq. Xüsusi qayğı ilə araşdırdığımız Əhməd Əhmədov barədə üzə çıxan gerçəklər bizi xeyli sarsıtdı. Yox, biz cənab direktora görə narahat deyilik. Necə deyərlər, “islanmışın yağışdan nə qorxusu?”

Biz böyük bir məktəbin müəllim heyəti və şagirdləri üçün narahatıq.

Əhməd Əhmədovun şəxsi kimliyi və əsas iş fəaliyyəti araşdırılmadan necə böyük məsuliyyət tələb edən vəzifəyə təyin olunub, bunu Lerik rayon Təhsil Şöbəsi bilər.

Hörmətli direktor qərəzli mövqedən çıxış edərək AJB-nin sabiq üzvü Həsrətov Xəlil Cəfər oğluna qarşı nalayiq ifadələr səsləndirmiş və onun külli-miqdarda vəsaitə, obyekt və evlərə sahib olduğunu söyləmişdir. Araşdırmamız zamanı informasiyanın məqsədli şəkildə uydurulduğu və gerçəkliklə uzlaşmadığı bəlli oldu.

Hədəf yayındırmaq niyyəti ilə verdiyi yalnış informasiya Əhməd Əhmədovu əsas hədəfə çevirdi. Nəticədə gözlənilən faktların şahidi olduq.

Lerik rayon Murya kənd Tam Orta Məktəbin direktoru sadəcə təhsil sahəsində deyil, biznes sahəsində də xalqa “xidmət” edir. Məlumata görə, “Cənub” və “Məhəllə” marketlərinin sahibləri Əhməd Əhmədovun ən yaxın qohumlarıdır və sponsorda elə cənab direktor özüdür. Direktora məxsus, Vişnovka adlanan ərazidə olan evlər isə yerli əhalinin göz zövqünün ehtiyacını ödəyir.

Hazırda araşdırmamız bu ehtimallar üzərində davam edir. Ya cənab Əhməd Əhmədov lotoreya oyunlarında külli miqdarda vəsait qazanıb, ya direktora zadəgan qohumların birindən miras qalıb, ya da Əhməd Əhmədov korrupsiya əməlləri ilə məşğul olaraq cinayət tərkibli əməllər törədib.

Bu yerdə Lerik rayon Təhsil Şöbəsinin müdiri Salayev Zöhrab bəyi unutmaq direktor Əhməd Əhmədova haqsızlıq olar. Hər məktəb direktorundan aylıq 200 manat rüşvət alan müdirin aylıq “gəlir”i azı 20 000 manat təşkil edir. Hətta bəzi mənbələr iddia edir ki, Salayev Zöhrab şöbənin digər çalışanları tərəfindən bir neçə dəfə məhkəməyə verilmişdir.

Bu işin astarı barədə çox danışmayacağıq. Çünki, korrupsioner məmurlarının gəlirlərini hesablamaq üçün nə vaxtımız var, nə də həvəsimiz. Biz sadəcə külli miqdarda vəsaitin rahatlıqla mənimsənilməsi üçün yaradılan şəraiti qınayırıq və şagirdlərin parlaq gələcək arzularının nakam qalmaması üçün çalışırıq.

Nəticə onu göstərir ki, Lerik rayon Təhsil Şöbəsində və başda Murya kənd Tam Orta Məktəbi olmaqla digər rayon və kənd məktəblərində ciddi yoxlamalar aparılmalı və lazımi tədbirlər görülməlidir.

KAİM.az

mənbə: https://www.facebook.com/vadi.infromasiya

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button