Top.Mail.Ru
GÜNDƏM

Türkiyədən Liviyaya TƏCİLİ SƏFƏR – Ərdoğandan TƏLİMAT

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Sammitinə səfər etmədən öncə Liviyaya yüksək səviyyəli səfərlə bağlı təlimat verib.

KAİM.az xəbər verir ki, səfərə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu başçılıq edəcək.

Heyətə Türkiyənin müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Süleyman Soylu, Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Yaşar Güler, Milli Təhlükəsizlik Təşkilatının sədri Hakan Fidan, Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalının daxil olduğu bildirilib.

Səfər çərçivəsində türkiyəli heyət Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe və liviyalı həmkarları tərəfindən qarşılanacq.

Türkiyəli heyətin Liviya Prezident Şurasının sədri Məhəmməd əl-Manfi ilə də görüşü gözlənilir. //Teleqraf.com//

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button