Top.Mail.Ru

bannerGÜNDƏM

Türkiyə böyük ordu ilə Azərbaycana gəlir – SON DƏQOQƏ

Türkiyə Qarabağ münaqişəsi zonasına hərbçilərini və Suriyadakı müxalifətin silahlı mənsublarını göndərməyə ehtiyac görmür.
Bunu Türkiyə prezidentinin müşaviri Yasin Oktay bildrib. Ermənistanın Rusiyadakı səfiri Vardan Tohanyan bəyan etmişdi ki, “Türkiyənin təşkilatçılığı ilə suriyalı yaraqlılar Qarabağda vuruşurlar”. “Qarabağ münaqişəsində Türkiyə hərbi qüvvəsi ilə iştirak etməyəcək. Buna zərurət yoxdur. Azərbaycana texniki dəstək yetərlidir. Amma zərurət yaranarsa, bu qərarı müzakirə edə bilərik”, – Y.Oktay deyib. Onun sözlərinə görə, Suriyadan da silahlı müxalifətçilər Azərbaycana göndərilmir: “Buna heç bir zərurət yoxdur”. Bir qədər əvvəl Türkiə Böyük Millət Məclisində guya “Azərbaycana Türkiyənin hərbi kontingentinin göndərilməsi müzakirə oluna bilər” xəbəri yayılmışdı. Rəsmi Ankara bu xəbəri qətiyyətlə təkzib edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button