Top.Mail.Ru
GÜNDƏM

Türkiyədə zəlzələ təhlükəsi: 50 min bina çökə bilər

“Türkiyədə hər il 24 min zəlzələ baş verir. Bu da hər ay təxminən 2 000 zəlzələ deməkdir”.

KAİM.az məlumat verir ki, bunu türkiyəli professor Şükrü Ersoy deyib.

Onun sözlərinə görə, yeraltı təkanların 150-yə qədəri dörd bal gücündə olur:

“Biz Mərmərə bölgəsində yeddi baldan böyük zəlzələ gözləyirik. Bu bölgədə 28 milyon insan yaşayır”.

Professor deyir ki, bu ərazidə belə güclü zəlzələnin baş verməsi 100 milyard dollar zərər deməkdir, 50 min bina çökə bilər.

O qeyd edib ki, bunun üçün əvvəldən tədbir görülməli, zəlzələdən öncə yüzlərlə qəzalı bina sökülməlidir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button