Top.Mail.Ru

GÜNDƏM

Türkiyə Qızıl Aypara Cəmiyyətindən Azərbaycana yardım

Türkiyə Qızıl Aypara Cəmiyyəti, Dağlıq Qarabağ bölgəsindəki münaqişədən zərər görən insanlara humanitar yardım göndərib.

 

KAİM.az xəbər verir ki, bunu Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri Kərəm Kınık bildirib. O, 27 sentyabrda işğal altındakı Dağlıq Qarabağ bölgəsində başlayan döyüşlərdən bəhs edib. Kərəm Kınık döyüşlər başladığından bəri Ermənistanın mülki əhalini, yaşayış məntəqələrini hədəfə almasını pisləyib.Prosesi Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birlikdə yaxından təqib etdiklərini söyləyən Kınık, bunları qeyd edib: “Yalnız Dağlıq Qarabağı deyil, Gəncə , Bərdə və digər Azərbaycan rayonlarnı da hədəf alan ermənilərin etdiklərini bütün dünya görür”. O, sivil insanların ölümü, raket zərbəsi nəticəsində dağıdılan məktəb, xəstəxana, yaşayış məntəqələri üçün təəssüf hissi keçirdiyini deyib. Sədr Azərbaycana yardım etdiklərindən məmnun olduğunu və bütün çətinliklərdə dəstək olmağa hazır olduqlarını da vurğurlayıb.

Loading...
Yazının davamı reklamdan sonra

Şəbnəm Zahir

KAİM,az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button