Top.Mail.Ru
GÜNDƏM

Bakı Dövlət Sirkinin regionlarda çıxışlarına start verildi

Bakı Dövlət Sirki Xaçmaz rayonu İstisu qəsəbəsində çıxış etmək üçün yola düşüb.

KAİM.az xəbər verir ki, Xəzər Dəniz Gəmçiliyinin dəvəti ilə mədəniyyət ocağı Nabranda yerləşən Dənizçi İstirahət Mərkəzinin qonaqları üçün sirk proqramı ilə çıxış edib.

Proqramda alov, lazer, köpük şoularına xüsusi olaraq yer verilib.

Eyni zamanda “ Sümüksüz qız”ın nümayiş etdirdiyi tryuklar ayaq üstə alqışlarla qarşılanıb. Bundan başqa proqramda illüzonistlərin də çıxışları tamaşaçıları heyrətləndirib. Həmçinin proqramda “ Filaminqo”, “Qaraçı qız” və milli rəqslərə də yer verilib.

Proqramı Bakı Dövlət Sirkinin orkestr heyəti müşayiət edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button