Putinin dünyanı dağıtmaq PLANI – “Qiyamət Günü” təyyarələri HAZIRLANIR

Rəsmi Moskva hərbi sərmayələrini və manevrlərini artırmağa davam edir. İngiltərə və İsrail ilə yaşanan gərginlikdən sonra vacib həmlələr edilməyə başlanılıb.
KAİM.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin nüvə müharibəsi zamanı istifadə üçün iki yeni ultramodern “Qiyamət Günü” təyyarəsi alacağı açıqlanıb. “İlyushin” 96-400M təyyarələri Rusiya liderinin nüvə fəlakəti zamanı ordu və raketləri idarə etməsinə imkan yaradır. Ölkənin hərbi sənaye mənbələrindən verilən məlumata görə, artıq bu cür təyyarələrdən biri hazırlanıb.
Kremlin komanda təyyarəsi mövcud “İlyushin” Il-80 “Maxdomes”i əvəz edəcək. Təyyarələr nüvə müharibəsi baş verdiyi təqdirdə, prezident və digər yüksək vəzifəli şəxsləri qorumaq üçün nəzərdə tutulub. Təyyarəni qırıcılar müşayiət edir və havada yanacaq doldurula bilir.
Təyyarənin radioəlaqə sistemi sifarişlərin strateji hava qüvvələri, raket qüvvələri və nüvə silahlı sualtı qayıqları da daxil olmaqla bütün vahidlərə ötürülməsini təmin edəcək. //Redaktor.az