Top.Mail.Ru
GÜNDƏM

Soros Ermənistanı BMT Təhlükəsizlik Şurasına müraciətə təhrik edir…

Ermənistandakı Soros fondu və onun tərəfindən maliyyələşən QHT-lər Ermənistan hakimiyyətini təcili surətdə BMT Təhlükəsizlik Şurasına müraciət etməyə çağıran birgə bəyanat yayıb.  

 

Kaim.az xəbər verir ki, bu haqda “Sputnik Armeniya” yazıb.

 

“Azərbaycan tərəfindən Ermənistanın ərazi bütövlüyünün pozulması və mütəmadi hərbi təxribatlarıl nəzərə alaraq Ermənistan hakimiyyətini təcili surətdə BMT Təhlükəsizlik Şurasına müraciət etməyə çağırırıq”- birgə bəyanatda belə deyilir.

 

Dələduz milyarder, “rəngli inqilablar” ustası Corc Sorosun başçılıq etdiyi  Fond başda olmaqla Ermənistan QHT-ləri eyni zamanda rəsmi İrəvanı ATƏT-ə müraciət edərək “vəziyyətin obyektiv monitorinqi üçün missiya göndərməyi” tələb etməyə çağırıblar.

 

“Azərbaycan artıq neçə aydır beynəlxalq hüquq normalarını pozaraq Ermənistan ərazisinə soxulub. Belə bir tədbir sərhədyanı kəndlərin təhlükəsizliliyinin təminatına  kömək edəcək və hökumətin təhlükəsizliyi təmin etməsinə dəstək verəcək” –üzdəniraq bəyanatda  deyilir.

 

Qeyd edək ki, Azərbaycan əleyhinə ədalətsiz bəyanatı imzalayanlar arasında  Ermənistan Açıq Cəmiyyət İnstitutundan (Soros Fondu) əlavə,  “Transparency İnternational” Anti-Korrupsiya Mərkəzi və “Asparez” Jurnalistlər Klubu, “Sülh dialoqu” ictimai təşkilatı kimi tanınmış Ermənistan QHT-ləri var.

 

Sultan Laçın

 

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu
Close
Back to top button