Top.Mail.Ru

GÜNDƏM

Rusiya MN  bu dəfə Laçındakı ermənini “Dağlıq Qarabağın yerli sakini” kimi təqdim etdi…

“Həmin məlumatda  Azərbaycan Respublikasının Laçın rayonu “Dağlıq Qarabağın Laçın rayonu”, həmin rayonunun Zabux kəndi isə ermənilərin adlandırdığı “Aqavno” kimi təqdim edilib və s….”

 

“Son bir həftə ərzində sülhməramlı kontingentin məsuliyyət bölgəsində atəşkəs pozuntusu olmamış, rus hərbçilərinə qarşı heç bir təxribat hərəkəti qeydə alınmamışdır”.

Loading...
Yazının davamı reklamdan sonra

 

Kaim.az xəbər verir ki, bu cümlə Rusiya MN-in rəsmi saytındakı bölməsində Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının bir hissəsində rəsmən “sülhməramlı” adıyla müvəqqəti olaraq fəaliyyət göstərən Rusiya hərbi kontingentinin rəhbərliyinin bu gün – iyulun 31-i  Moskva vaxtilə səhər saat 05:00-a olan Laçın dəhlizi ərazisindəki vəziyyətə dair verdiyi məlumatdandır.   

Ancaq məlumatda əsas diqqət çəkən aşağıdakıdır:

 

“Bura çox təhlükəsizdir, çox sakitdir və qorxulu bir şey yoxdur. Rus sülhməramlıları buradadır. Uşaqlar çoxdur, hər yerdə oynayırlar. Yox, qorxulu deyil, təhlükəli deyil, hər şey çox yaxşıdır, çox sakitdir və atışma olmayıb ” -Dağlıq Qarabağın yerli sakini Anahit Arutyunyan deyir”.

Məsələ burasındadır ki, informasiya da Laçın dəhlizindəki, yəni faktiki və hüquqi olaraq Azərbaycan Respublikası Laçın rayonunun bir hissəsindəki vəziyyətdən söhbət gedir. Fotolardan da bəllidir ki, yoxlanış rayonun Zabux kəndində aparılır. Amma orada Rusiya hərbi kontingentinin nümayəndəsi ilə söhbət edən erməni sakin, heç olmasa,  Laçın rayonunun yox, “Dağlıq Qarabağın yerli sakini” kimi təqdim olunur… 

 

Öncə bir daha yada salırıq ki, Azərbaycan Prezidentinin  də dəfələrlə xatırlatdığı kimi, çağdaş Azərbaycan Respublikası ərazisində “Dağlıq Qarabağ” adlı inzibati vahid yoxdur… 

 

İkincisi də, xatırladaq ki, Kaim.az Rusiyanın ölkəmizin ərazisindəki hərbi kontingentinin iyulun 29-u, Moskva vaxtilə səhər saat 05:00-a olan məlumatında növbəti dəfə Azərbaycan Respublikasının  suverenliyinə və ərazi bütövlüyünə qarşı təxribat törədilməsi və hədsiz hörmətsizlik nümayiş etdirilməsi haqda məlumat verib(Bax://moderator.az/qarabagh/387669/rusiya-mn-lacini-daliq-qarabain-rayonu-adlandirdi-ve-ordaki-ermenilere-yardim-etdi/).

 

Rusiya MN həmin məlumatında  Azərbaycan Respublikasının Laçın rayonunu “Dağlıq Qarabağın Laçın rayonu” , həmin rayonunun Zabux kəndini isə ermənilərin adlandırdığı “Aqavno” kimi təqdim edib və s. 

 

Üzərindən 2 sutka yarımlıq qızıl(!) zaman keçməsinə  rəğmən Azərbaycan dövlətinin müvafiq qurumları   Rusiya MN-in bu hədsizliyinə heç bir reaksiya  verməyib.  Dünən – iyulun 30-da səhər saatlarında telefon açdığımız əlaqədar qurumlardan birinin rəsmisi olayla bağlı açıqlama verəcəyini bildirsə də, dünən axşamadək və bu gün zənglərimizə cavab verməyib…

 

…Beləliklə, qurumlarımızın susqunluğundan şirnikən və ruhlanan Rusiya MN bugünkü məlumatında, qeyd etdiyimiz kimi, bir az “yumşaq” olsa da, dövlətimizə qarşı təxribatını, hədsizlik və hörmətsizliyini davam etdirərək  Laçın rayonunda qanunsuz məskunlaşmış erməni qadını “yerli sakin” kimi təqdim edib…

 

Və müvafiq qurumlarımız yenə də susur… Bazar ertəsinə qədər səbir edək…

 

Sultan Laçın

 

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button