Top.Mail.Ru
GÜNDƏM

SON DƏQİQƏ! Ağsaqqallar şurasının üzvünə 10 bıçaq zərbəsilə SUİ-QƏSD ETDİLƏR – FOTO

İrəvanın Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasının üzvü Arman Antonyan bıçaqlanıb.

KAİM.az xəbər verir ki, hadisə avqustun 1-də Kotayk vilayətinin Nor Artamet kəndindəki evlərdən birində baş verib.

Antonyanın vəziyyəti ağır olduğundan Mikayelyan Universiteti Xəstəxanasına köçürülüb.

İrəvan Dövlət Universitetinin Baş Qərargah rəisi Şuşan Danielyan “Facebook” sosial şəbəkə hesabından hadisə ilə bağlı məlumat verərkən qeyd edib ki, Antonyan sinə və qarın nahiyəsindən əməliyyat olunub.

İrəvan Bələdiyyəsinin Xəbərlər Şöbəsinin müdiri İosif Kubatyan isə Antonyanın ondan çox bıçaq zərbəsi aldığını deyib.

Məsələ ilə bağlı “Mənim addımım” fraksiyasının yaydığı bəyanatda sui-qəsdin siyasi xarakter daşıdığı və tez zamanda səbəkarların üzə çıxarılmasının vacib olduğu bildirilib.

Kənan Bahadur / KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button