“Baryerlər qurulur“: Moskva ətrafındakı həbsxanadan qaçan məhbuslar nəyə qadirdirlər?

Paytaxt və Moskva bölgəsindəki əməliyyatçılar cümə axşamından cümə gününə keçən gecə müvəqqəti saxlama təcridxanasından qaçan 5 məhkumu axtarırlar. İlkin məlumatlara görə, bütün qaçanlar moldovadandır, biri qətldə, qalanları oğurluqda günahlandırılır.
Kaim.az “RİA Novosti”nin Rusiyanı silkələyən xəbərlə bağlı yazısını oxucularına təqdim edir.
Əlavə müddət
Avqustun 6-na keçən gecə İstra polislərinə və yaxınlıqdakı rayonlardan olan həmkarlarına xəbərdarlıq edildi: beş məhbus Daxili İşlər Nazirliyinin təcridxanasından qaçdı.
İstintaq komitəsinin məlumatına görə, qapıların qıfıllarını qayka açarıyla açıblar. Alətin haradan əldə edildiyi bilinmir, kənar əşyalar təcridxanada qəti qadağandır. Müşahidə videokameraları bir qrup kişinin şəhərin küçələrində asta qaçışla getdiyini qeydə alıb.
Məhbusların xüsusi mühafizə olunan ərazini niyə maneəsiz tərk etdiyini və zabitlərdən kiminsə onlarla əlbir olub-olmadığını yoxlamaq üçün İstrada xüsusi komissiya işləyir.
“Vəzifə səlahiyyətlərini aşma” maddəsi ilə açılan cinayət işində yerli regional polis idarəsinin naməlum əməkdaşları şübhəli bilinir və aydındır ki, tezliklə adları açıqlanacaq. Bütün materiallar polisdən İstintaq Komitəsinə təhvil veriləcək.
Qaçaqlar tutularsa, əvvəlki maddələrinə daha bir maddə əlavə olunacaq – Rusiya Cinayət Məcəlləsinin 313-cü maddəsi “Azadlıqdan məhrum olma ərazisindən, nəzarət altından və ya həbsdən qaçmaq”. Bu halda qrup cinayəti beş ilədək həbs cəzası ilə cəzalandırılır.
“Kolbasa kralı” işi
Qaçan dörd nəfər – Aleksandr Butnaru, Nikolat Teterya, Denis Qrozavu və İvan Tsurkanu – oğurluq ittihamı ilə mühakimə olunurlar. Beşincisi – “kolbasa kralı” Vladimir Maruqovun qətlində şübhəli bilinərək keçən ilin payızında tutulub.
Vladimir Maruqov
Araşdırmalara görə, Moldova əsilli 49 yaşlı Aleksandr Mavridi noyabrin 2-də gecə İstrada iş adamının evinə soxulub. Həmin vaxt ev sahibi və həyat yoldaşı hamamda olub. Arbaletlə silahlanmış basqınçı onların əl-qolunu bağlayaraq pul tələb edib.
Qadın imkan tapıb pəncərədən tullanaraq qaçıb polisə zəng vursa da, hüquq-mühafizə əməkdaşları gələnə qədər quldur qaçıb gizlənmişdi. Maruqov isə artıq ölmüşdü – ona arbaletdən bir neçə ox atılmışdı. Əməliyyatçılar cinayətkarın tərk edilmiş avtomobilini qətl silahı, əlcəklər və maskalarla birlikdə sonradan İstra rayonunda tapmışdılar.
Mavridi bir neçə saat sonra isti izlərlə saxlanılmışdı. Evində istilik batareyasına qandallanmış moskvalı vəkil və ona baxan bir kişi aşkar olunmuşdu. Ona qətl və qanunsuz azadlıqdan məhrumetmə maddəsi ilə bir neçə sinayət işi açılmışdı. İstintaq komitəsinin məlumatına görə, basqınçının əsas məqsədi qarət olub – Mavridi Maruqovun uğurlu iş adamı və evində külli miqdarda pul olduğunu bilirmiş.
Güc strukturları həmçinin Mavridinin tənha qocalara qarşı daşınmaz əmlak fırıldaqçılığı üzrə ixtisaslaşmış qruplaşmaya daxil olduğunu düşünürlər.
Vladimir Maruqovu öldürməkdə təqsirləndirilən Aleksandr Mavridi
Azadlığa sıçrayış
Son illərdə Rusiyada bir neçə kütləvi məhbus qaçışı olub. Belə ki, 2020-ci ilin sentyabr ayında Dağıstanda ciddi rejimli koloniyadan altı nəfər tunel qazmaqla qaçmışdı. Onları axtarmaq üçün xüsusi təyinatlılar, cinayət axtarış şöbəsinin əməliyyatçıları və Federal Penitensiar Xidmətin əməkdaşları cəlb olunmuşdu.
Bir həftə sonra artıq Kalmıkiyaya çatan qaçaqları çoban görmüş və polisə xəbər vermişdi. Məhkumlar saxlanılaraq yenidən cəzaçəkmə müəssisəsinə qaytarılmışdı. Onlardan ikisi qətlə görə cəza çəkirdi.
2019-cu ilin aprel ayında 9 nəfər Tuvadakı müvəqqəti saxlanma təcridxanasından qaçmışdı. Növbətçi iki məhkumu kameradan çıxararkən ona bıçaqla zərbələr endirmiş və boğaraq öldürmüşdülər. Onlar digər kameraların qapılarını açaraq daha yeddi nəfəri azad etmişdilər. Onlardan altı nəfəri elə həmin gün, qalanları isə bir ay ərzində tapılmışdı.
чение месяца.
Moskvaətrafı İstranın müvəqqəti saxlanma təcridxana divarının tikanlı məftilləri
2013-cü ilin may ayında qətl və soyğunçuluğa görə məhkum edilmiş dörd cinayətkar İrkutsk yaxınlığındakı Markova qəsəbəsindəki ciddi rejimli koloniyadan qazdıqları 20 metrlik tunellə qaçmaşdılar. Onlardan Osinovski rayonunda çoban kimi işə düzəlməyə macal tapmış biri bir ay sonra, ikincisi Ulan-Ude şəhərində saxlanılmışdı, üçüncüsü atası tərəfindən polisə təslim edilmişdi. Dördüncünü isə uzun müddət təqib etmişdilər – demək olar ki, o, altı ay tayqada gizlənmişdi. Bu hadisədən sonra koloniya rəisi vəzifəsindən uzaqlaşdırılmışdı.
Tərcümə və təqdim etdi: Miraslan
Mənbə
KAİM.AZ