Top.Mail.Ru

GÜNDƏM

Ceyhun Bayramov və Mnaçakanyan ABŞ dövlət katibi ilə görüşə gedir

Azərbaycan xarici işlər naziri  Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zöhrab Mnaçakanyan ABŞ dövlət katibi Maykl Pompeo ilə görüşmək üçün oktyabrın 23-də Vaşinqtonda olacaqlar.

KAİM.az xəbər verir ki, bu haqda POLITICO nəşri bildirir.

Qeyd olunur ki, hələlik nazirlərin arasında ikitərəfli görüşün baş tutub-tutmayacağı, o cümlədən ABŞ rəsmilərinin onların iştirakı ilə üçtərəfli danışıqlar təşkil etməyə cəhd edəcəyi məlum deyil. “Lakin onların eyni gündə Vaşinqtona səfərləri bunu göstərir ki, ABŞ bərpa edilmiş münaqişənin yumşaldılmasına dair səylərini fəallaşdırıb”,- nəşr yazır.

Loading...
Yazının davamı reklamdan sonra

Səfərlər habelə Tramp administrasiyasına ABŞ-da seçkilərə bir neçə gün qalmış dünya liderliyini nümayiş etdirmək şansı da verir. ABŞ hökumətinin sənədlərinə əsasən Ceyhun Bayramov Maykl Pompeo ilə oktyabrın 23-də səhər görüşəcək. Bunun ardınca dövlət katibinin Ermənistan XİN rəhbəri ilə görüşü baş tutacaq.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Ceyhun Bayramovla Zöhrab Mnaçakanyan arasında Vaşinqtonda görüş imkanını istisna etməyib.

Xatırladaq ki, bundan əvvəl oktyabrın 9-da Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvada Rusiya xarici işlər nazirinin vasitəçiliyi ilə 11 saatdan çox çəkən danışıqlar aparıblar. Bu danışıqlarda Qarabağda humanitar atəşkəsin əldə edilməsi və danışıqların bərpası razılaşdırılıb. Lakin Ermənistan tərəfi həmin razılaşmaya əməl etmir.virtualaz.org

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button