Top.Mail.Ru
GÜNDƏM

“Qarabağ ermənilərinə status“ deyən ABŞ-ın Ermənistan səfiri Zəngəzurda dincəlir – FOTO 

ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi hazırda Azərbaycanın “Ermənistanın Sünik vilayəti” adlandırılan qədim Zəngəzur torpağında istirahət edir.

Kaim.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, səfirin Zəngəzur tətilinin görüntüləndiyi foto-şəkillər ABŞ –ın “USAID”(Beynəlxalq Ä°nkişaf Agentliyi) təşkilatının Ermənistan şöbəsinin “Facebook” səhifəsində yerləşdirilib.

 

“Möhtəşəm mənzərələr, ulduzlu gecələr və qonaqpərvər insanlar – Lin Treysinin tətilini Sünikdə keçirmək üçün cəlb edən amillər bunlardır. Səfir yerli sakinlərlə birlikdə Sünik dağlarındakı  gəzintində iştirak edib və gecələr xanım Treysiyə Ermənistanın zəngin tarixi və mədəniyyəti haqqında danışıldı” – xəbərdə belə deyilir.

 

Daha əvvəl xəbər verilib ki, ABŞ -ın Ermənistandakı səfiri Lin Treysi və “USAID”-in Ermənistandakı nümayəndəliyinin rəhbəri Con Aleo Sünikə səfər ediblər.

Xatırladaq ki,  10 Noyabr üçtərəfli razılaşmasından bəri ABŞ -ın Ermənistandakı səfiri Lin Treysi dəfələrlə Ermənistanın Azərbaycanla sərhədinə, xüsusən Zəngəzura səfərlər edib.  27  iyulda o, Kəlbəcərlə sərhəd ərazisinə də gəlib. Və tərəflərə “münaqişənin Minsk Qrupu çərçivəsində həlli üçün səyləri davam etdirməyə çağırıb”. Minsk Qrupu isə həmsədrlər ABŞ, Fransa və Rusiya başda olmaqla Qarabağdakı ermənilərə “status” tələb edir…

 

Sultan Laçın

 

 

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button