Top.Mail.Ru

GÜNDƏM

“Bizə qaçqın statusu verin ki, xaricə gedək…”- Qarabağ erməniləri…-VİDEO

Ermənistan paytaxtındakı yataqxanalarda yerləşdirilmiş köçkün erməni ailələri həmin müvəqqəti sığınacaqlarını da itirmək təhlükəsi ilə üzləşiblər…

 

Azərbaycan ordusunun müzəffər 44 günlük savaşından sonra Qarabağ və Şərqi Zəngəzur torpaqlarımızı  könüllü tərk edərək Ermənistan paytaxtındakı yataqxanalarda yerləşdirilmiş erməni ailələri həmin müvəqqəti sığınacaqlarını da itirmək təhlükəsi ilə üzləşiblər.

Loading...
Yazının davamı reklamdan sonra

 

Kaim.az xəbər verir ki, qəsbkar ölkənin News.am saytının yaydığı məlumata görə, İrəvandakı bir sıra yataqxanalarda məskunlaşmış erməni qaçqınlara yaxın müddətdə otaqları tərk etmək barədə xəbərdarlıq edilib.

Buna səbəb həmin yataqxanalara, xaricdən xüsusən Hindistandan gələn tələbələrin yerləşdirilməsidir. Xarici tələbələr yataqxanalarda pul müqabilində qalacaq. 

 

İşğal etdikləri Azərbaycan torpaqlarından köçmüş ermənilər Ermənistan hökumətindən xahiş edirlər ki, yeni yaşayış yeri tapınca onlara bir müddət vaxt verilsin.

 

 “Heç olmasa, bizə qaçqın statusu verin ki, mümkün qədər xaricə gedib uşaqlarımızın gələcəyini quraq. Bizim evimiz yoxdur, heç bir şeyimiz yoxdur”-deyə Qarabağ erməniləri yalvarır…

 

Sultan Laçın

 

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button