Top.Mail.Ru

GÜNDƏM

“Bu, pandemiya yox, plandemiyadır- 20 trilyon dollar yığılmayınca davam edəcək…”

“Necə olur ki, 1 milyard 430 milyon əhalisi olan Çində “kovid”dən cəmi 4 minə yaxın adam ölüb, əhalisi 10 milyondan bir az çox olan Azərbaycanda isə ölənlərin sayı artıq 5 mini ötüb?..”

 

“Hələ ötən ilin martında Ümumdünya Səhiyyə Təşkilatı dünya üzrə pandemiya elan edəndə tibb mütəxəssisləri ilə əlaqə saxlayıb  maraqlandım ki, pandemiya nə deməkdir. Məlum oldu ki, pandemiya o vaxt elan olunur ki, hər hansı bir infeksiyaya planet üzrə əhalinin azı 5 faizi yoluxur.  Hələ dünya əhalisinin 5 faizi və ya 200 miyona yaxını bu yaxınlarda, yəni pandemiya elan ediləndən az qala 1 il yarım sonra “COVİD-19”-a yoluxub”.

Loading...
Yazının davamı reklamdan sonra

Bu fikirləri Kaim.az-a açıqlamasında siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev ifadə edib.

 

“Bilirsiz, Azərbaycan ÜST-nin qaydalarına əməl etmək məcburiyyətindədir.  Biz “ağ qarğa” olmaq statusunda deyilik. Amma azı 2022-ci ilin yanvarınadək bu siyasət davam edəcək.  Bunu dəqiq bilin. Yəni biz istəsək də, istəməsək də tədris müəssisələrində növbəti semestr də yenə dərslər  eyni sistemdə keçiriləcək. Distant təhsil olacaq”- açıqlamasının davamında bunu söyləyən Cümşüd Nuriyev “COVİD-19” infeksiyasının yayılması haqda konspiroloji məlumatlara da toxunub.

“Bu pandemiyanı süni şəkildə yayıb təşkil edənlər istədiklərinə nail ola bilmədilər. Bu məsələ var… Hansısa güclər bunların layihəsini pozdu. Amma ümumilikdə belə götürəndə bu, planetdəki transmilli korporasiyaların, super maliyyə oliqarxlarının idarə etdiyi bir iqtisadi layihədir.  Bundan gələn qazancın ümumi dəyəri 20 trilyon dollar olmalıdır.  Amma hələlik bu il yarım ərzində Çin, ABŞ, Rusiya və Avropanın  vaksin istehsal edən ölkələrinin götürdüyü gəlir hələ 10 trilyon deyil.  Həmin transmilli oliqarxlar 20 trilyon dolları yığanadək bu siyasət davam edəcək. Nə qədər gizlətsələr də, bu, eyni zamanda ABŞ və Çinin dərin dövlətlərinin hazırladığı bir layihədir. Çinin öz maraqları var. Çin dünyada ən uzunömürlü imperiyadır. Amerikanın da öz maraqları var. Son bir neçə il idi ki, Rotşildlər, Rokfellerlər  əsas qiymətli kapitallarını  ABŞ-dan Çinə daşıyırdı. Və bu da qeyri-iradi maraq doğururdu ki, niyə məhz Çin…  Sonradan məlum oldu ki, bunların ortaq layihələri var. Və necə olur ki, 1 milyard 430 milyon əhalisi olan Çində  2019-cu ilin dekabrından bəri cəmi 90 minə yaxın adam koronavirusa yoluxub, cəmi 4 minə yaxın isə ölüb. Əhalisi 10 milyondan bir az çox olan Azərbaycanda isə “kovid”dən ölənlərin sayı artıq 5 mini ötüb.  Hindistanın da əhalisi təxminən Çindəki saydadır(1 milyard 395 milyon). Amma həmin ölkədə bu günədək yoluxanların sayı 31 milyon nəfərə yaxın, ölənlərin sayı isə 400 mindən çoxdur. Diqqət edirsiz, yoluxanların sayı Çindəkindən 300 dəfədən, ölənlərin sayı isə 100 dəfədən çoxdur”.  

Həmsöhbətimiz dünya üzrə koronavirusdan vəfat edənlərin əksəriyyətinin pensiya yaşındakı insanlar olmasına da diqqət çəkib: 

“Özü də  həm Avropa, həm ABŞ, həm Hindistanda  baxırsan ki, koronavirusdan ölənlər əsasən pensiya yaşlılardır.  Xüsusən Almaniya, İtaliya, Fransa və İspaniyada da həlak olanlar təqaüdçü yaşlılardır.  Belə çıxır ki, dövlətlər həm də öz yükünü azaldır.  ABŞ-da və Avropa ölkələrinin əksəriyyətində Azərbaycandakından dəfələrlə çox pensiya verilir…”

“Bundan əlavə, dərin dövlətlər “COVİD-19”-u  həm də bir növ bioloji silah kimi də sınaqdan çıxarır. Görürük, aylar keçdikcə bunun yeni ştamları peyda olur. Görünür, trilyonlarla dollar toplanışıyla yanaşı,  bu hərbi sınaqlar da bitməyincə dünya əhalisinin canı koronavirusdan qurtarmayacaq.  Türkiyədə “COVİD-19”-a düzgün ad qoyulub: pandemiya yox, plandemiya… Yəni sonda belə nəticəyə gəlmək olur ki, bu, planlaşdırılmış bir layihədir…  

Azərbaycanda da əhalinin bu bəladan qorumağı TƏBİB-ə etibar ediblər. TƏBİB də bir il yarımdır ki, dövləti də, xalqı da əsir-yesir edib. Çünki heç özlərinin də başı çıxmır ki, nə iş görürlər. Vallah, artıq lətifələr yaranıb bu mövzuda. Bəzən bu Operativ Qərargah elə lazımsız qərarlar verir ki, bişmiş toyuğun gülməyi gəlir… Ayıbdı. Mən həkim deyiləm. Amma həkimlər elə qərarlar verəndən sonra adamda bir şübhə yaranır ki, bəlkə Azərbaycanda, ümumiyyətlə həkim yoxdur” – deyə politoloq açıqlamasını tamamlayıb.

 

Sultan Laçın 

 

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button