Top.Mail.Ru
GÜNDƏM

ABŞ-ın Ermənistan səfiri faşist Njdenin Tatev məbədindəki otağını ziyarət etdi?.. – FOTOLAR

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi  “USAID”-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) İrəvan şöbəsinin direktoru Con Alelo  ilə birlikdə Zəngəzurdakı Tatev (“tat”+”ev”) məbəd kompleksini ziyarət ediblər.

Kaim.az xəbər verir ki,  erməni mənbələrinin yaydığı məlumata görə, kanat vasitəsilə Tatevə qalxan Amerika səfiri və agentlik direktoru məbəd ərazisində Azərbaycan və Türkiyə xalqlarına qarşı bir sıra kütləvi qətliamların ideoloq, təşkilatçı və icraçısı olmuş faşist erməni terrorçusu Qaregin Njdenin otağı kimi tanınan məkanı da ziyarət ediblər. 

1920-1921-ci illərdə faşist Qaregin Njde məhz Tatevdə yaşayıb və burada Zəngəzur, Göyçə və s. ərazilərin Azərbaycan türkləri və bolşeviklərdən təmizlənməsini planlaşdırıb. 

Eyni zamanda 1920-ci ilin aprelində daşnakların Tatev məbədində keçirilmiş yığıncağından sonra ermənilər Qarabağ, Zəngəzur  və Naxçıvan ərazilərindən  ibarət qondarma  “dağlıq ermənistan respuklikası”n elan edib.

 

Sultan Laçın

 

P.S. …

 

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button